Sumqayıt Psixiatriya Xəstəxanasında baş həkim döyülüb

Sumqayıt Psixiatriya Xəstəxanasında baş həkim döyülüb

Sumqayıt Psixiatriya Xəstəxanasında insident olub. SİA-nın məlumatına görə, xəstəxanaya müraciət edən şəxs tibb müəssisəsinin baş həkimi Elizbar Bəbirova hücum edərək onu döymək istəyib.

Baş həkim faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib: "Xırdalandan gələn şəxs xəstəxanaya qazi adı ilə müraciət edib. Yersiz hərəkətlər edərək mənə xəsarət yetirməyə çalışdı. Bununla bağlı artıq polisə müraciət edilib".

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə