Bakı-Quba yolunda ağır qəza- 2 ölü

Bakı-Quba yolunda ağır qəza- 2 ölü

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən mlumata görə, hadisə yolun Siyəzən rayonu ərazisində baş verib .

"Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı avtomobil Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində Mercedesdə olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə