Bakıda kişini avtomobil vuraraq öldürüb

Bakıda kişini avtomobil vuraraq öldürüb

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Ramazanov Maqsud Ziyyəddin oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı elə hadisə yerində can verib.

Ölən piyadanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi Rayon Şöbəsinə yerləşdirilib.

Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.

Sürücü saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə