Çexiyada magistralda 40 avtomobil toqquşub

Çexiyada magistralda 40 avtomobil toqquşub

Çexiyanın paytaxtı Praqadan Şərqə gedən sürətli yolda zəncirvari qəza baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, qəza Çexiyanın cənub-şərqindəki Brno şəhəri yaxınlığında baş verib. Praqadan 180 km şərqdə 38 minik və iki yük avtomobili toqquşub. Avtomobillərə ciddi ziyan dəyib, 2 nəfər xəsarət alıb. Qəzaya dumanlı hava səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə