5,2 bal gücündə zəlzələ

Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tayvan adasının cənub-şərq sahilində yerləşən Taitung şəhərindən 28,8 kilometr aralıda olan zəlzələ dəniz dibinin 7,2 kilometr dərinliyində qeydə alınıb.

5,2 bal gücündə zəlzələ Taytunqda, eləcə də ölkənin cənubundakı Kaosyunq şəhərində və ətraflarında hiss olunub. Zəlzələ nəticəsində tələfat və maddi tələfat barədə hələlik məlumat verilmir. Tayvanda sentyabrın 18-də Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələdə 1 nəfər ölüb, 164 nəfər yaralanıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə