Ağdam rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travması alması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyən edilib. Ş.Hüseynov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB