Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb - FOTOLAR

Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb - FOTOLAR

Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti Abşeron rayonunun Qobu və Saray qəsəbələri ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edib.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə