DYP 6 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb - FOTO (YENİLƏNİB)

DYP 6 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb - FOTO (YENİLƏNİB)

Baş Dövlət Yol Polisi İdarəsinin Siyəzən rayonunda 6 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.

İdarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etydiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə “Mercedes Viano”nun sürücüsü və 5 sərnişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

10.35

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 6 nəfər ölüb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə