Avtomobil qadını vuraraq öldürüb

Avtomobil qadını vuraraq öldürüb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. SİA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 40-45 yaşlı qadın yolu keçərkən onu minik avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə