4 bal gücündə zəlzələ baş verib

Türkiyənin Düzce bölgəsində 4 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ Düzcenin Gümüşova rayonunun Yıldıztəpə kəndində baş verib. 14,2 kilometr dərinlikdə baş verən zəlzələ şəhər mərkəzi və ətraf rayonlarda da hiss olunub.

Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə