Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskvanın Talalixina küçəsində yerləşən Mikoyan ət kombinatında güclü yanğın söndürülür.

“Talalikhina küçəsi, ev 41, bina 16-da yerləşən Mikoyanovski Ət Kombinatında yanğın baş verib. Binanın damı yanıb”.

SİA bu barədə rus saytlarına istinad edir.

Yanğın binanın damını əhatə edib, hazırda yanğının ərazisi dəqiqləşdirilir.

Qeyd edək ki, Moskva Fövqəladə Hallar Nazirliyi də yanğın faktını təsdiqləyib və hələ ki, 12 nəfərin təxliyə edildiyini də dəqiqləşdirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə