Dünən Qətərdə keçirilən dünya çempionatının açılış oyunu baş tutub. Bir-birindən maraqlı görüntülərin göründüyü tədbirdə argentinalı jurnalist Dominik Metzgerin başına gələnlər heyrət doğurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, turnir üçün ərazidə olan argentinalı jurnalist Dominik Metzger canlı yayım zamanı qarət edilib.
Fan Zonada turnirlə bağlı son hadisələri çatdıran Metzger sosial media hesabında yaşadıqlarını paylaşıb. Marca-da yer alan xəbərə görə, Metzger canlı yayımda olarkən onun pul kisəsi arxasındakı fanatlardan biri tərəfindən oğurlanıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB