Təhsilə dövlət qayğısı uğurlara yol açır

Dövlət başcisının Sərəncamı ilə Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisinə 2,0 (iki) milyon manat ayrılıb

Təhsil sahəsi daim Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident cıxışlarının birində qeyd edir ki, biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Azərbaycanda bu sahəyə daim diqqət göstərilir, tədbirlər görülür. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramları bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin də miqdarı ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə artırılmışdır. Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Qəbul olunmuş Dövlət Proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilb istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramlarında öz əksini tapdı. Eyni zamanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Təsadüfi deyil ki, ölkəmizdə təhsilin müasirləşdirlməsi məqsədilə seçilmiş məqsədyönlü fəaliyyət istiqaməti keyfiyyətin dayanıqlılığını təmin etmək və müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq üçün bütün potensial imkanlar səfərbər edilib.

Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Son 17 ildə 3200-dən çox məktəb inşa edilib, əsalı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib. Bildiyimiz kimi bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrıldı. Görülən işlərin davami oılaraq ötən gün dövlət başcisinin Sərəncamı ilə Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Aparılan tikinti işləri əsasən ehtiyac olan əraziləri əhatə edir ki, bu da birbaşa şagird sıxlığının aradan qaldırılmasında və təhsilin keyfiyyətinin yüksəldilməsində özünü göstərir. Görülən işlər deməyə əsas verir ki, dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə