ADU-da şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfusti İnstitutunda “Şərq dilləri metodikasının aktual problemləri” mövzusunda seminar keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin dili tədrisinin perspektivlərindən danışaraq, həmçinin Çin və onun mədəniyyətinin öyrənilməsinin də əhəmiyyətindən bəhs edib.

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Jing Çin heroqliflərinin tarixi, əsas yazılış qaydası, strukturu ilə iştirakçıları tanış edib. Seminarda çıxış edən ADU-nun İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin müdiri Emiliya Xudiyeva, Hindi Dili və Mədəniyyəti Mərkəzinin müdiri Səidə Mirzəyeva, Yapon Mərkəzinin baş mütəxəssisi Xanım Xəlilova dillərin düzgün tədris metodikalarından, təhsil və tədqiqat keyfiyyətini artırmaq üçün atılan mühüm addımlardan bəhs ediblər. Seminarın sonunda Şərq dillərinin tədrisində innovativ metodların tətbiqi üzrə geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...