Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycana gələcək

28 fevral – 2 mart 2011-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab Azərbaycana səfər edəcək.

SİA-nın xəbərinə görə, 53 ölkəni özündə birləşdirən ÜST-nın Avropa Regional Bürosu hər ilin sentyabr ayında öz sessiyalarını keçirir. Avropa qitəsinin və MDB məkanı dövlətlərinin qatıldığı sessiyalarda bu ölkələrin səhiyyə nazirlərindən başqa bir sıra nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak edirlər.

Beynəlxalq aləmdə dövlətimizin nüfuzunun artığı və son illər ölkədə səhiyyə və sosial sahədə aparılan geniş miqyaslı islahatların həyata keçirilməsini nəzərə alaraq 2009-cu ilin sentyabrında Kopenhagendə Təşkilatın 59-cu sessiyasında ÜST Avropa Regional Bürosunun rəhbərliyi Regional Komitənin 61-ci sessiyasının 2011-ci il 12-15 sentyabr tarixlərində Bakıda keçirilməsi haqqında Azərbaycana müraciət olunub və ölkəmiz bu tədbirin ev sahibliyini öz üzərinə götürüb.

Bu səfər proqramı çərçivəsində Bakıda keçiriləcək sessiyaya dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Bundan əlavə, regional direktor Azərbaycan Respublikası Nazirlər Kabinetində, BMT-nın ölkəmizdə təmsil olunan müxtəlif qurumlarında görüşlər, habelə nümunəvi tibb müəssisələrinə baxışlar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə