HERMES FİNANCE lizinq şirkəti “YAŞAT” Fonduna 5 000 manat ianə etdi.

08 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətənimizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında Fərman imzalayıb.

HERMES FİNANCE lizinq şirkəti öz növbəsində Azərbaycan ərazisinin bütövlüyü və təhlükəsizliyi naminə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fonduna beş min manat vəsait köçürüb.

Xatırladaq ki, HERMES FİNANCE lizinq şirkəti bundan öncə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna da beş min manat vəsait köçürüb.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...