Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 min ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100656S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

SİA-nın verdiyi məlumata görə, Palatanın mətbuat xidmətindən bildiriblər ki, sözügedən notların tədavül müddəti 28 gündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...