Rusiya və Aİ əlaqələri zəifləyib

Avropa İttifaqının Rusiyaya ixracatı bu ilin yanvar-fevral aylarında keçən ilin həmin dövrünə nisbətən 13 faiz, Rusiyadan Avropa İttifaqına idxal isə 20 faiz azalıb. SİA xəbər verir ki, bu barədə məlumat Avropa Statistika Ofisindən (Eurosat) verilib.

Avropa İttifaqı bu ilin yanvar-fevral aylarında 258,6 milyard avroluq ixracat, 266,7 milyard avroluq isə idxal həyata keçirib.

Bu dövr ərzində Aİ ilə Rusiya arasındakı ticarət əlaqələrinin zəiflədiyi maşahidə olunub. Belə ki, 2015-ci ilin yanvar-fevral aylarında Aİ-nin Rusiyaya ixracatI 10,8 milyard avro, 2016-cı ilin həmin dövründə isə 9,4 milyard avronu təşkil edib. Rusiyanın 2015-ci ilin yanvar-fevral aylarında Avropa İttifaqına idxalı 21 milyard avronu, 2016-cı ilin həmin dövründə isə 16,9 milyard avronu təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...