“28 May” metro stansiyasının yaxınlığında yeni tunel tikiləcək

“28 May” metro stansiyasının yaxınlığında yeni tunel tikiləcək

Bakıda "Xətai" - "Azadlıq prospekti" xəttini "İçərişəhər" – "Həzi Aslanov" xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını təşkil etmək məqsədilə "28 May" metro stansiyasının yaxınlığında yeni tunel tikiləcək.

Bakı Metropoliteni QSC-dən SİA-ya verilən xəbərə görə, uzunluğu 250 metr olacaq tunel metronun qırmızı və yaşıl xətlərini bir-birindən ayıracaq.

Bu ayrılmadan sonra "Dərnəgül" metro stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Nizami" stansiyasından sonra "28 May" stansiyasına daxil olmayacaq. Belə ki, qatar "Nizami" stansiyasına az qalmış yeni tunellə "Cəfər Cabbarlı" stansiyasına daxil olacaq, oradan isə "Xətai" stansiyasına gedəcək. Bununla da, daha "28 May" stansiyasında hər iki tərəfə qatar getməyəcək.

Qeyd edək ki, bu layihə ilə bağlı "Akkord-Bouygues" birgə müəssisəsi öz təkliflərini Bakı Metropoliteninə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə