Aldadıcı bank reklamları nə zamana kimi davam edəcək? - EKSPERT ŞƏRH ETDİ
"Azərbaycanda bank faizləri bir çox ölkələrdən olduqca yüksəkdir. Yəni fantastik rəqəmlərlə faizlər olur. Bu faizlər 30,35 və hətta 40 faizə qədər gəlib çıxır. Düzdür reklamlarda görürsən ki, 11 faiz, 13 faiz, 14 faiz göstərilir. Amma vətəndaş banka yaxınlaşdıqdan sonra fərqli qiymət, fərqli faizlərlə rastlaşır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, burada məsələ ondan ibarətdir ki, hər bir şəxsin özünə görə ödəmə qabiliyyətindən asılı olaraq, orada bank tərəfindən risklər hesablanır, kredit alan şəxslərin kredit tarixçəsi, ödəmə qabiliyyəti, maaşı və yeni qanunlara əsasən sosial şəbəkələrdə olan aktivliikdə həyata keçirtdiyi fəaliyyətlərdə daxil olmağnan gözdən keçirilir: "Bu məsələyə individual yanaşılır. Yəni şəxsin ödəmə qabiliyyətinə əsasən orada qiymətləndirilmə aparılır və qiymətləndirilmənin nəticəsinə uyğun olaraq orada faizlər dəyişə bilir. Düzdür belə hallardan vətəndaşlarımız tez-tez rastlaşır və bu hallardan əziyyət çəkirlər. Lakin banklarda olan həmin reklamın səbəbi sırf bu sadaladığım məsələlərlə bağlıdır. Lakin bununla bağlı müəyyən addımlar atılmalıdır. Bu problemin əsas səbəbi reklamların şəffaf olmaması və tənzimləyici nəzarətin zəifliyidir. Bu halların qarşısını almaq üçün reklam mətnlərində illik effektiv faiz dərəcəsinin tam şəkildə göstərilməsi təmin edilməli və aidiyyəti qurumlar tərəfindən nəzarət tədbirləri gücləndirilməlidir. Eyni zamanda vətəndaşlar maliyyə qərarlarında daha diqqətli olmalı və hüquqları barədə məlumatlı olmalıdırlar. Bu istiqamətdə həm hüquqi, həm də maarifləndirici addımların atılması zəruridir. Eyni zamanda istehlakçıların da maliyyə savadlılığının yetərli səviyyədə olmaması onların bu cür reklamların mahiyyətini vaxtında anlamaqda çətinlik çəkməsinə səbəb olur. Bununla yanaşı vətəndaşların da maarifləndirilməsi zəruridir. İnsanlar kredit götürməzdən əvvəl şərtləri diqqətlə oxumalı nominal faizlə effektiv faiz arasındakı fərqi başa düşməli və hansı ödənişlərin əlavə olaraq tələb olunduğunu bilməlidirlər. Yalnız bu halda insanlar daha düzgün maliyyə qərarları verə və hüquqlarını qoruya bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə