Enerji səmərəliliyinin artırılması üçün nəhəng addımlar atılır
Enerjinin səmərəli istifadəsi beynəlxalq cəmiyyətin ən vacib gündəm maddələri arasında yer alır. Bu istiqamətdə bir çox ölkə milli hədəflər təyin edərkən qlobal miqyasda da addımlar atılması üçün zirvələr keçirilir. Müqavilələr imzalanır. Bunun ən əsas səbəbi, şübhəsiz, qlobal istiləşmə və iqlim dəyişiklikləridir. Ölkələr iqtisadiyyatlarını davam etdirmək üçün sənaye investisiyalarını sürətlə artırır. Bununla yanaşı, enerjiyə olan tələbat da hər keçən gün daha da artır. Enerjiyə ehtiyacın artması ilə yanaşı, xüsusilə neftə dayanan istehsal istixana qazı emissiyalarını daha da artırır.
Məhz bu mənfi dövr içərisində beynəlxalq cəmiyyət problemi həll etmək üçün mühüm bir addım atdı. İqlim dəyişikliyi rejimini tənzimləmək məqsədilə Paris İqlim Müqaviləsi imzalandı. Müqaviləyə Türkiyə də tərəf oldu.
SİA-nın əldə etdiyi məlumata görə, karbon qazı emissiyası 2022-ci ildə 36,8 milyard tonu keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatdı. Paris İqlim Sazişinin qlobal təsirləri isə bu il özünü göstərməyə başladı.
Avropa İttifaqının istixana qazı emissiyaları 2024-cü ilin birinci rübündə ötən ilin eyni dövrünə nisbətən 4 faiz azalıb. Avropa Statistika Ofisinin məlumatlarına görə, 2023-cü ilin birinci rübündə 931 milyon ton karbona bərabər istixana qazı emissiyası edən Aİ ölkələri bu ilin ilk rübündə 894 milyon ton emissiya həyata keçirib. Beləliklə, ilk rübdə Aİ ölkələrinin istixana qazı emissiyaları illik əsasda 4 faiz azalıb.
Bu dövrdə istixana qazı emissiyaları 20 Aİ ölkəsində aşağı düşüb. İstixana qazı emissiyasının azalması ən çox Bolqarıstanda 15,2 faiz, Almaniyada 6,7 faiz və Belçikada 6 faiz olub. İstixana qazı emissiyası elektrik və təbii qaz təchizatında 12,6 faiz, ev təsərrüfatlarında isə 4,4 faiz azalıb.
2023-cü ilin məlumatlarına görə, dünyada ən çox karbon emissiyası yaradan ölkə 30,7 faizlə Çin olub. Onu 13,6 faizlə ABŞ izləyir. Hindistan qlobal karbon emissiyalarının 7,6, Aİ 7,4, Rusiya isə 4,4 faizinə səbəb olub.
Türkiyəni digər ölkələrdən fərqləndirən çox mühüm bir hədəfi var: yaşıl inkişaf inqilabı ilə 2053-cü ildə sıfır emissiya səviyyəsinə çatmaq. Türkiyə son 10 ildə ümumdaxili məhsulunu 67, ölkə əhalisini isə 13 faiz artırıb. Artan istehsal və rifahla birlikdə enerji istehlakı da çoxalıb. Türkiyə ilk milli enerji səmərəliliyi fəaliyyət planını 2017-2023 dövrü üçün həyata keçirdi. Bu prosesdə ümumi 8,5 milyard dollarlıq yaşıl enerji sərmayəsi qoyulub. İstehsaldan son istehlaka qədər birinci enerji istehlakında 14 faiz qənaət əldə edilib. 70 milyon ton emissiya azaldılıb.
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi enerji səmərəliliyi sahəsində 2030-cu ilə qədər yol xəritəsini də keçən aylarda açıqlayıb. Fəaliyyət planı çərçivəsində 2030-cu ilə qədər enerji istehlakının 16 faiz azaldılması və emissiya aşağı salınmasına 100 milyon ton töhfə verilməsi nəzərdə tutulur. Bundan əlavə, 20 milyard dollarlıq enerji səmərəliliyi sərmayəsi yatırılması planlaşdırılır.
Lakin enerji səmərəliliyi mövzusunda fərqli addımlar atılması da düşünülür. İlk hədəf 2030-cu ilə qədər dövlət xidmət binalarında 30 faiz enerji qənaətinə nail olmaqdır. Bunun üçün enerji səmərəliliyi sistemləri və texnologiyaları genişləndiriləcək. Sənayedə tullantı istiliyi bərpa layihələrinin sayının artırılaraq 2 dəfə çoxaldılması nəzərdə tutulur. Bu istiqamətdə Türkiyə üzrə işıqlandırma sistemlərində 1,2 milyon LED armaturları quraşdırılması planlaşdırılır. Həmçinin itki və qeyri-qanuni istifadəni qarşısını almaq üçün ağıllı sayğacların nisbətinin 25 faizə çatdırılması hədəflər arasındadır.
Türkiyənin hazırda təxminən 110 min meqavat qurulu gücü və 13 min 35 elektrik istehsalı stansiyası var. 2024-cü ilin iyul ayının sonu etibarilə Türkiyənin 112.999 meqavat qurulu gücü mövcuddur. Bu gücün 28,5 faizi hidroenerji, 21,9 faizi təbii qaz, 19,3 faizi kömür, 10,9 faizi külək, 15,6 faizi günəş, 1,5 faizi isə geotermal mənbələrdən ibarətdir.
2035-ci il etibarilə günəş qurulu gücünün 53 min, külək gücünün 30 min, hidroelektrik gücünün 35 min, geotermal və bio-kütlə gücünün isə təxminən 5 min meqavata çatdırılması nəzərdə tutulur. Enerji səmərəliliyi çərçivəsində atılacaq addımlar və ediləcək sərmayələrlə birlikdə, təmiz enerji istifadəsinin ümumi içindəki nisbətinin 70 faiz səviyyəsini keçməsi hədəflənir. Təmiz enerji istehsalı və səmərəli istifadəsi ilə karbon emissiya nisbətlərinin 35 faiz azaldılması planlaşdırılır.
Beynəlxalq Enerji Agentliyinin 2024-cü il hesabatına görə, dünya üzrə bərpa olunan enerji tutumunda təxminən son 30 ildə ən sürətli artım müşahidə olunur. Ötən il qlobal miqyasda 2022-ci ilə nisbətən 510 qiqavatla 50 faiz daha çox bərpa olunan enerji tutumu istifadəyə verilib, bu artımın 75 faizi günəş enerjisindən təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



