Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir Anar Kərimov

Ermənilərin işğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar var. SİA xəbər verir ki, bu fikirləri oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsinin beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün təhqir olduğunu söyləyən A.Kərimov deyib: “Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və qiymət veriləcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə