Xəbər saytlarının reytinqini ölçən sistemlər nə dərəcədə obyektivdir?! -EKSPERT
“Bu məsələ Azərbaycanda media mühitinin ən ciddi və diqqətəlayiq problemlərindən biri kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA- ya açıqlamasında Yeni Media üzrə tədqiqatçı Səbinə İzzətli bildirib.

Ekspertin sözlərinə görə, mövcud müşahidələr və təhlillər göstərir ki, xəbər saytlarının reytinqini ölçən sistemlər ictimai marağı tam və obyektiv şəkildə əks etdirmir. Bu isə həm media orqanlarının nüfuzuna, həm də informasiya istehlakının sağlamlığına mənfi təsir göstərən acınacaqlı bir mənzərə yaradır.
“Əksər reytinq platformalarında istifadə olunan metodologiyanın şəffaf olmaması əsas problemlərdən biri kimi diqqəti cəlb edir. Trafikin hansı mənbələrdən toplandığı, istifadə olunan ölçmə mexanizmləri və nəticələrin necə formalaşdırıldığı barədə ictimaiyyətə açıq və dolğun məlumat təqdim edilmir. Bu qeyri-müəyyənlik isə nəticələrin manipulyasiyaya açıq olmasına zəmin yaradır.
Aparılan müşahidələr göstərir ki, bəzi yerli xəbər saytları göstəricilərini süni şəkildə artırmaq məqsədilə bot trafiki və saxta kliklərdən istifadə edirlər. Bu isə artıq reytinqin real oxucu marağını deyil, kommersiya və müəyyən qurum maraqlarını əks etdirməsinə səbəb olur.
Yeni media tədqiqatçısı kimi iki il əvvəl həyata keçirdiyim araşdırmada yerli beş xəbər saytının ümumilikdə təxminən 6 minə yaxın kontenti təhlil olunmuş və bu proses zamanı süni trafik yaratmağa yönəlmiş müxtəlif cəhdlər aşkar edilmişdir. Bu hallardan biri hiperlinklərin təyinatından kənar istifadə olunmasıdır. Belə ki, oxucu hiperlinkə klik etdikdə, əlaqəli məzmun əvəzinə yenidən həmin saytın ana səhifəsinə yönləndirilirdi. Halbuki hiperlinkin funksiyası oxucunu mövzu ilə bağlı əlavə və izahlı informasiya mənbəyinə keçirməkdən ibarətdir. Bu praktika isə istifadəçi yönləndirməsinin manipulyativ xarakter daşıdığını açıq şəkildə göstərir.
Digər tərəfdən, auditoriyanın böyük hissəsinin xəbərləri sosial şəbəkələr vasitəsilə istehlak etməsi reytinq sistemlərinin yalnız məhdud seqmenti əhatə etdiyini ortaya qoyur. Bu da onu göstərir ki, təqdim olunan statistik göstəricilər cəmiyyətin real informasiya tələbatını tam əks etdirmir və yalnız əlavə indikator kimi qiymətləndirilməlidir.
Mövcud reytinq ölçmə mexanizmləri nə metodoloji, nə də etik baxımdan etibarlı informasiya mənbəyi statusuna malik deyil. Bu səbəbdən həmin rəqəmləri ictimai marağın birbaşa göstəricisi kimi qəbul etmək yanlış yanaşma olar. Əksinə, bu göstəricilər daha çox media mühitində kommersiya yönümlü strategiyaların və süni rəqabət mühitinin təzahürü kimi qiymətləndirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Dəri, lələklər və iti siluetlər...
Dəb 21:52Solovyev Rusiyanı mağara dövrünə göndərdi...
Dünya 21:05FTB rəhbəri Rusiyaya səfər edib
Dünya 20:33Si Cinpinin ambisiyaları Çin iqtisadiyyatını tələyə salır...
İqtisadiyyat 20:27The Economist: Rus kişiləri yenidən qaçır...
Dünya 20:05Tramp və Putin tələyə düşüblər...
Dünya 19:51Qətər Əmiri Azərbaycana səfərə gəlib
Siyasət 19:34Daha uzun ömür sürmək üçün nə yemək lazımdır?
Səhiyyə 19:28Hakan Fidan Bakıya gəlib
Siyasət 19:19Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
Siyasət 19:12Rusiya Hindistana neft tədarükündə rekord miqdarda pul itirir...
İqtisadiyyat 18:49Kanada Trampa necə müqavimət göstərə bilər..?
Dünya 18:28“Kreml böyük bir bədəl ödəyir...”
Dünya 18:06Emoməli Rəhmon Azərbaycana səfərə gəlib
Siyasət 18:01Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır
Sosial 17:56İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi - MƏQALƏ
Siyasət 17:55Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Siyasət 17:43Evimizi sevirik, amma qayğısına qalmırıq
Sosial 17:09TRAKTOR FC Türkiyənin molla sevgisindən yazdı
Siyasət 17:02“Həkimlərimizi tanıyın!” – Dr. Kamran Beydullayev
Səhiyyə 16:49İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Siyasət 16:47İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub
İqtisadiyyat 15:49Məişət kreditlərinə amnistiya ola bilərmi? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15:15“Kəlağayı nənələrimizdən bizə qalan qədim dəyərdir” - Şəhər sakini
Mədəniyyət 15:15“Milli geyimimizlə qürur duyuruq” - Nailə İsmayılova
Mədəniyyət 14:43Aİ Ukraynaya 2,86 milyard avro ayırıb
Dünya 14:41Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
Siyasət 14:34Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edili
İqtisadiyyat 13:20Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Sosial 13:18İran qonşu ölkələri təhdid edir
Dünya 13:15Yüzdən çox əcnəbi Gürcüstandan qovulub
Dünya 11:28Təhsildə vahid geyim standartları - MƏQALƏ
Sosial 11:23İdeoloji təxribatlara cığır açan tikanlı mövzu
Sosial 11:22AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb
İqtisadiyyat 11:19Ötən gün 73 cinayətin açılması təmin olunub
Hadisə 10:53Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
İdman 10:37Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9055
+0,33%
-
GBP
2,2567
+0,44%
-
RUB
2,0299
+0,11%



