Ermənistanın xarici siyasəti: ac dovşanın hücumu KÖŞƏ YAZISI

Ermənistanın xarici işlər nazirliyindəki üçaylıq boşluqdan sonra axır ki, yeni təyinat baş verdi – ölkənin təhlükəsizlik şurasının keçmiş katibi Armen Qriqoryan yeni rəhbər olaraq vəzifəyə təyin edildi. Bilməyənlər üçün xatırladım ki, bu şəxs Qarabağ doğumludur və Azərbaycan vətəndaşıdır. Lakin bu da son deyil. Armen Qriqoryan Soros fonduna aid olan Transperency İnternasional-ın Ermənistan üzrə koordinatorudur.

Beləliklə, erməni xarici diplomatiya idarəsinin rəhbəri vəzifəsinə təyin olunar-olunmaz o, İrəvanda fəaliyyət göstərən bütün səfirləri toplayaraq onlardan Azərbaycana qarşı ittihamedici bəyanatların verilməsini tələb etdi. Göründüyü kimi, artıq ilk addım atılıb və nəticələr çıxarmaq olar.

Məsələn, əvvəllər peşəkar diplomatlar Paşinyanın hər hansı emosional çıxışlarına səbrli münasibət nümayiş etdirirdilərsə, indi erməni XİN-i baş nazirin aktiv dəliliklərini geniş şəkildə dəstəkləyəcək və onun başında ağlasığmaz olan nə varsa onların hər birinə təbirli donlar geyindirəcək.

Kadr təyinatlarına gəlincə isə...

Ermənistanın keçmiş XİN rəhbərliyi səfirlərin siyasi təyinatlarına qarşı çıxır, yaxud həmin prosesləri gecikdirməyə çalışırdı. İndi isə bu proses yeni impuls alacaq. Misal üçün, Paşinyan Lilit Makuntsu ABŞ-a səfərə göndərir, bu adam onun keçmiş ingilis dili müəllimidir. Yeri gəlmişkən, Lilit Makuntsun necə ingilis dili müəllimi olduğunu onun şagirdinin bu dildə nə cür danışmasından ayrıd etmək olar. Fəqət, şəxsi sadiqlik və onun öz şagirdinə olan dəyişilməz münasibəti Makuntsun strateji posta yiyələnməsinə şərait yaratmış oldu. Mümkündür ki, Ermənistanın ABŞ-a təyin olunmuş bu səfiri müstəqil qərarlar qəbul edəcək, ancaq normal əlaqələrin pozulduğu diaspor ilə münasibətləri daha gərginləşdirəcək, ən azından daşnakların “Erməni Milli Konqresi” ilə...

Rusiya ilə də bağlı qərarlar demək olar ki, məlumdur. Belə ki, Toqonyanı Moskva üçün daha əlverişli şəxs əvəzləyəcək.

Bəlkə Paşinyana da elə bu lazımıymış?

Fransanın isə İrəvandakı səfirinin XİN rəhbərliyinə təsiri daha böyük olacaq. Artıq bu təsirlərin məlum nəticələrini də seyr etməkdəyik. Baxın:

Armen Qriqoryanın vəzifəyə gələr-gəlməz özünü fərqli cəhətdən göstərməsi (xarici ölkə səfirlərinin qarşısında KTMT-nin baş katibi Zasa qarşı həyasız çıxışı – R.R.) KTMT-dəki və Avrasiya İqtisadi İttifaqındakı müttəfiqlərinin İrəvana qarşı münasibətdəki soyuqluqlarını daha da artırdı. Bu zaman belə bir sual yaranır: bəlkə onlara, yəni Paşinyan komandasının xarici diplomatiya idarəsinə də məhz bu lazımıymış..? Hər halda, Qriqoryan nə qədər özünü bənzər şəkildə aparacaqsa, bir o qədər də ölkəsinə zərərlər vuracaq. Məsələn, ona Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti dövründə törətdiyi cinayətlərini daha çox xatırladacaqlar. Və əgər Ermənistan 44 günlük müharibədən ağır və sarsıdıcı böhranla çıxıbsa, həmin böhranı daha da ağırlaşdıran halları, məhz Ermənistan XİN-i yöndəmsiz xarici siyasəti ilə yaradacaq. Əslində, bu, necə deyərlər, ac dovşanın hücumuna bənzəyən bir haldır ki, nəticədə həmin dovşanın özü anidən tələyə düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə