Fransa öz tarixinin təkcə ən təlatümlü dövrünü yaşamır. Fransa həm də öz dövlətçilik tarixində Emmanuel Makron kimi səriştəsiz, öz kiçik maraqları üçün bu boyda Fransanın milli maraqlarını Paris küçələrində tapdalayıb keçən birisinə görə XƏCALƏT hissi keçirir. Onu Brüsseldəki sülh danışıqlarından sonra erməni diasporu ilə təyyarədəki biabırçı telefon danışığına görə də, Afrika ölkələrinə səfər zamanı bütün dünyanın gözü qarşısında üzünə deyilən QIRMIZI HƏQİQƏTLƏRƏ görə düşdüyü rəzil vəziyyətinə görə də əla “xatırlayırlar”. Xüsusilə, Fransadakı dələduz erməni biznesmenlərin girovu olan bu adam, açıq şəkildə onların təlimatları ilə hərəkət edir. 50-60 ildir Fransada kök salan erməni lobbisi bundan qabaqkı Fransa prezidentləri üçün də az önəm daşımayıb. Seçkilərdə milyonlarla dollar ianələr, ən kirli oyunları boynuna götürüb seçki kampaniyasına “dəstək olmaq”- bunların hamısı olub. Amma heç bir Fransa prezidenti erməni diasporunun əlində bu şəkildə OYUNCAĞA çevrilməyib, qırmızı xətti bu şəkildə keçməyib, Fransanı bu rəzillik cəngəlliyinə döndərməyib!

Bu, bir ölkənin tarixi üçün gerçəkdən utancvericidir. Bəs iki seçkidir bu ölkəni rəzil vəziyyətə gətirən birisinə niyə yenə səs verildi, prezident seçildi? Qərb demokratiyasının arxa tərəfindəki əcaib oyunlar da E.Makronun siyasi portreti kimi dəhşət şəkildə ziddiyyətlidir...

Belə çıxır ki, fransız xalqı bütün seçimlərdə, sadəcə, oyundankənar vəziyyətdədir, başqa heç nə. Seçkilərdə E.Makronun qarşısına qatı sosialist-radikal Marin Le Peni çıxarıb, fransızları “ən pisindənsə nisbətən pisi yaxşıdır” dilemması qarşısında qoyurlarsa, demək, Fransa “demokratiyasında” da bir yekə ƏMMA var. Daima Avropada yenilik və mədəniyyət lokomotivi kimi xatırlanan Fransa, bu gün dünyanın bütün qitələrində zibillik, zorakılıq və dağıntılarla dolu bir ölkə kimi yad edilir. Öncə “sarı jiletlilər”, sonra da ümumi kütləvi xaos. Bir siyasətçi kimi Fransa bir yana, Qafqaz bölgəsində separatçılığı, terror qruplarını bu şəkildə himayə etməsi onun “idarəçilik” və siyasi obrazının ortada olan acı tablosudur. Gör E.Makronun erməni diasporunun əlində oyuncaq halına düşməsi elə şəkil alıb ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə onun hədsiz ERMƏNİLƏŞMƏSİNDƏN cana doyub. Bilirsiniz E.Makron erməni diasporuna nədə şikayət edir? - N.Paşinyanın əsl erməni olmasından şübhələnməsi ilə...

Hazırda Fransa prezidenti olan bu şəxsin siyasi personası barədə, onun ədalətsiz və ermənipərəst mövqeyindən qəzəblənən azərbaycanlı kimi deyil, daha çox bir jurnalist olaraq fikir bildirəcəm. Əslində, mənim bu fikirlərimi E.Makronun qeyri-ciddiliyindən təngə gələn ən nüfuzlu və ictimai rəyə güclü təsir imkanları olan Fransa KİV-ləri də boy-boy nüsxələyir. Bu adam siyasətçi obrazından daha çox, yolunu azaraq təsadüfən Yelisey Sarayına soxulan dərvişi xatırladır. Nə şəxsi keyfiyyətləri, nə personası, nə siyasətçi ağırlığı E.Makronun Yelisey Sarayının sahibi olmasına imkan vermir. Neçə onilliklərdir peşəkar və usta siyasətçilər tərəfindən yönəldilən Fransa dövləti, bu gün tam fərqli görüntü içərisindədir. Şarl De Qollun, Jak Şirakın əzəməti ilə Makronun hazırkı əzik və diletant siyasi obrazını müqayisə etmək, ilk növbədə, elə vətənpərvər fransızlar üçün əsl xəcalət yaradır.

E.Makron kimi qeyri-peşəkarın ucbatından dünya siyasətindəki olan-qalan nüfuzunu da itirən Fransa, indi də erməni siyasətinin güdazına gedir. Əvvəlcə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərə başını soxan Makron, daha sonra da keçmiş Minsk qrupunu yenidən işə salmaq üçün DİLETANT səviyyəli cəhdlərə baş vurdu. Brüsseldəki danışıqlardan dərhal bir neçə saat sonra da çıxıb tam əksinə Nikol Paşinyanın ucuz vəkili kimi çıxış etdi. Bu adam tələyə düşmüş ov kimi hara gəldi çırpınıb yol axtarır. Əslində, öz erməni qardaşlarını “quyunun dibindən” çıxarmaq üçün çalışır müsyö E.Makron. Onun bu diletant siyasi gedişləri açıq şəkilə anti-Azərbaycan siyasətinə hesablanıb. Həm də Türkiyə faktoruna görə belə dəlisov şəkildə çırpınır müsyö Makron.

Bu adam Türkiyənin Azərbaycanın haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləməsindən o dərəcədə narahatdır ki, danışıqları pozmaq, erməniləri yenidən Azərbaycanla müharibəyə sürükləmək, xüsusilə, Türkiyənin bölgədəki ağırçəkili nüfuzunu zədələmək üçün hər yola baş vurur. Amma real və tutumlu siyasət ilə Makronsayağı qeyri-ciddi siyasi diletantlıq tamam başqa-başqa mövzulardır. Müsyö Jordan, ruhun agah olmamış olmaz: E.Makron Parisi PARTLADIR...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə