Avropa Birliyi Türkmənistan təbii qazının Çinə nəqlinə mane olmaq istəyir. İran isə bu mövzuda Çinə hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirir. ABŞ Avropa ölkələrinin bu istəyinin reallaşması üçün əlindən gələni edir. Avropanı özündən asılı vəziyyətdə saxlamağa çalışan Rusiya isə layihənin gerçəkləşməsinə mane olmaq üçün Azərbaycan və Türkmənistana siyasi təzyiqlər göstərməyə başlayıb. Transxəzər qaz kəməri layihəsi ətrafında gərgin geosiyasi vəziyyət yaranıb.
Transxəzər Azərbaycanın layihəsi deyil
Transxəzər qaz kəməri Türkmənistan təbii qazının Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) – Türkmənbaşı (Türkmənistan) – Bakı (Azərbaycan) – Tiflis (Gürcüstan) – Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir. Qeyd edək ki, bu ilin mart ayında Belçikanın Brüssel şəhərində keçirilən Transxəzər qaz kəmərinin reallaşdırılması məsələləri üzrə üçtərəfli görüşdə Azərbaycan, Türkmənistan və Avropa Birliyinin nümayəndələri iştirak edib. Transxəzər qaz kəməri reallaşarsa, türkmən qazını Avropaya nəql edəcək "Nabucco" qaz kəmərinin bir hissəsinə çevrilə bilər. Türkmənistan "Nabucco" vasitəsilə ildə 40 mlrd. kubmetr qaz nəql etməyə hazır olduğunu bəyan edib. Potensial alıcılar isə OMV (Avstriya), MOL (Macarıstan), BOTAŞ (Türkiyə), "Bulgargaz" (Bolqarıstan), "Transgaz (Rumıniya) və RWE (Almaniya) şirkətləridir. Azərbaycan Dövlət Neft Şirkəti isə türkmən qazının Avropaya nəqli üçün öz infrastrukturunu və ölkə ərazisini təqdim etməyə hazır olduğunu bildirib.
Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə üzərindən Cənub və Orta Avropaya nəql edilməsini nəzərdə tutan layihəni həyata keçirilməsi üçün razılaşmanın bu ilin sonlarında imzalanması gözlənilir. Türkmənistan, Azərbaycan və Avropa Birliyi Xəzər dənizinin dibindən keçəcək 300 kilometrlik boru xəttinin çəkilməsində ciddi problemlərin olduğunu qəbul edir. Çünki Xəzər statusu ilə bağlı problem hələ ki, həllini tapmayıb.
Transxəzər boru xəttinin reallaşmasına gəlincə, Rusiya və İran buna qarşıdır. Rusiya Avropanın neft və qaz bazarında öz inhisarçı mövqelərini tam möhkəmlətməyincə, bu sahədə ABŞ, Avropa Birliyi və bəzi region ölkələrinin alternativ enerji ixracı məhsulları, bazarları və kəmərləri axtarışı cəhdlərini, məsələn Transxəzər, Nabucco kimi "təhlükələri" aradan qaldırmayınca müxtəlif bəhanələrlə Xəzərin statusunu uzatmağa, milli sektorların təbii sərvətlərinin istifadəsi, ölkələrin müstəqil hüquqları və s. ilə bağlı əvvəllər razılaşdırılmış məsələlərə yenidən baxmağa cəhd göstərir. Xəzərə yolun bağlanılması sahəsində Rusiya və İranın yeni kursu aydın sezilməkdədir. Bu yöndə Rusiya İranın antiqərb əhval-ruhiyyəsindən istifadə edərək, Xəzərdə ABŞ, Avropa Birliyi ölkələrinə, Yaponiya, Türkiyə və s. dövlətlərə məxsus şirkətlərin sonrakı fəaliyyətini, Avropa enerji bazarlarına çəkiləcək yeni-yeni neft-qaz layihələrini əngəlləmək, Türkmənistan və Qazaxıstanın Transxəzər marşrutuna qoşulmasına, Xəzərin dibi ilə sualtı neft və qaz kəmərlərin çəkilişinə mane olmaq üçün müxtəlif tədbirlərə əl atır. Bu tədbirlərdən biri Azərbaycan, Türkmənistan və Qazaxıstanın bütün ixrac qazını almaq, digəri yeni salınacaq kəmər və ixrac marşrutlarının perspektivsizliyi ilə bağlı geniş təbliğat aparmaq və nəhayət, beş Xəzərətrafı dövlətlə "Xəzərdə Birgə İqtisadi Əməkdaşlıq Konsorsiumu" yaratmaqla bölgədən kənar ölkələrin dənizin geoiqtisadi zonasına daxil olmasını, xüsusən onun enerji mənbələrinə çıxışını əngəlləməkdən ibarətdir.
ABŞ layihəni dəstəkləyir
ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Rusiya və İranın bu layihəyə qarşı çıxmasına münasibət bildirərkən deyib ki, "Amerika hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir. İndi əsas məsələ Avropa Birliyi, Azərbaycan və Türkmənistanın razılığa gəlməsidir. Transxəzər layihəsi bütün tərəflər üçün faydalı bir layihədir. Transxəzər qaz kəmərinin çəkilməsi üç tərəfə aiddir və o daha heç kəsi narahat etməməlidir".
Çin layihənin həyata keçməsini istəmir
Çünki Çinin Liviyadan və Sudandan aldığı təbii qazın nəqli dayandırılıb. Orta Şərqdən nəql etdiyi qazın gərginləşməkdə olan siyasi mübarizələrdən dolayı hər an kəsilmə riski var. Bundan başqa iki ildir Rusiya ilə təbii qazın qiymətində razılaşma əldə edə bilmir. Türkmənistan təbii qazı belə şərtlərdə Çin üçün enerji təhlükəsizliyi üçün bir zəmanətdir. Çinin təbi qaza olan tələbatı türkmən təbii qazının Avropaya ixrac ediləcəyindən 4 dəfə çoxdur. Pekin Türkmənistan təbii qazını bütünlüklə satın almaq üçün Aşqabada ucuz kreditlər vermək və digər güzəştlər təmin etmək vədləri verir və Avropa Birliyinə qarşı oyunda Moskva ilə ortaqlıqdan faydalanmaq istəyir. Rusiya Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov hesab edir ki, Transxəzər qaz boru xəttinin reallaşması Rusiyanın xeyrinə deyil. Çünki Orta Asiyadan Avropaya təbii qaz nəqlinin artması rus təbii qazının satış perspektivlərinə mənfi təsir göstərəcək. Rusiyanın Transxəzər boru xəttinin çəkilməsinə maneə törətmək səyləri də artacaq. Rusiya türkmən təbii qazını yenidən almaq üçün diplomatik danışıqlara başlaya bilər. Keçmişdə Rusiya Türkmənistan qazını Avropaya göndərirdi, sonradan bundan imtina etdi. Çünki qiymətlə bağlı Aşqabadla razılaşa bilmədi. Razılıq əldə olunarsa, Türkmənistan qazının Avropaya nəqli sual altında qala bilər".
Transxəzər layihəsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu artıracaq
Sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu artıracaq. Nazir layihə ilə bağlı iki sənəd hazırlandığını və yaxın günlərdə Azərbaycan prezidentinə təqdim edəcəklərini vurğulayıb: "Bunlardan biri "Cənub dəhlizi"nə dəstək haqqında Azərbaycan, Türkmənistan və Avropa Birliyi tərəfindən imzalanacaq üçtərəfli sənəddir. Digəri isə Transxəzər qaz kəmərinin inşasına dair Azərbaycan və Türkmənistan arasında imzalanacaq hökumətlərarası sazişdir. Sazişə Avropa Birliyinin də qoşulması istisna olunmur".
Ekspertlər hesab edirlər ki, 2012-ci ildən Avropa Birliyi ilə Azərbaycan və Türkmənistan arasında Transxəzər danışıqları intensivləşib. Rusiya isə ciddi cəhdlə Transxəzər layihəsini əngəlləməyə çalışır. Rəsmi Moskva Azərbaycan və Türkmənistana təzyiq alətlərindən yararlanaraq Transxəzər layihəsinin qarşısını almağa çalışacaq. Enerji daşıyıcılarının Avropaya nəqli məsələsindəki inhisarçı mövqeyi Kreml üçün həyati əhəmiyyət daşıdığından o, bölgədəki alternativ layihələri əngəlləmək siyasətindən əl çəkmir. Yalnız Rusiya ilə Avropa Birliyi arasında razılaşma olarsa, Transxəzərin reallaşması qarşısındakı başlıca əngəl ortadan qaldırıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



