Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin gərgin keçəcəyi əvvəlcədən məlum idi. Rusiyanın Dağlıq Qarabağ məsələsində tərəf tutduğu hər kəsə bəlli olsa da diplomatın növbəti səfəri iki ölkə arasında həllini gözləyən bir neçə problemin də müzakirə edilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.
\"Zənnimcə, bu, fəlakətə səbəb olar\"
Rusiyalı nazir Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri ilə görüşdə bildirib ki, Rusiya lap əvvəldən bu münaqişənin həllini tapmaqda kömək etməyə çalışıb: "Son 2-3 ildə Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun üzvü olmaqla yanaşı, öz təkliflərini də irəli sürüb. Prezident Dmitri Medvedev şəxsən Azərbaycan və Ermənistan prezidentlərinə bu formatda nizamasalma haqqında razılığa mane olan problemlərin müzakirəsinə başlamağı təklif edib. Ötən iki ildə mübahisəli məsələlərin sayı xeyli azalmışdır. Lakin 2-3 ən çətin məsələ qalıb. Bu iş davam etdiriləcək".
Nazirin sözlərinə görə, münaqişənin həlli uzanır, lakin hər iki tərəfi razı salacaq razılaşmaların axtarılması üçün başqa yol yoxdur: "Əlbəttə, əgər hərbi yoldan danışmasaq. Zənnimcə, bu, fəlakətə səbəb olar".
Ümumiyyətlə, Rusiyanın ötən 3 ildə Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik səyləri uğursuz alınıb. Rəsmi Moskvanın bütün cəhdlərinin nəticəsi yalnız münaqişə ətrafında status-kvonun saxlanması olub. Yenidən prezident seçilən Vladimir Putinin Rusiyanın Qarabağ kursunun dəyişəcəyi o qədər də inandırıcı deyil. Lavrov İrəvanda verdiyi açıqlamalarda deyib ki, Rusiya münaqişənin nizamlanması üçün Madrid prinsiplərinin əsas sənəd kimi qalmasında israrlıdır.
Uzun müddətdir ortaq məxrəcə gəlinməyən Xəzərin statusu məsələsi də öz həllini gözləyir. Çünki Xəzərin statusu məsələsində Rusiyanın mövqeyi İranın tutduğu mövqedən heç də fərqlənmir.
Qərbin dəstəklədiyi "Transxəzər" qaz kəməri layihəsi Cənub enerji dəhlizinin bir hissəsidir. Avropa İttifaqı onun reallaşması üçün ötən il Bakı və Aşqabadla danışıqlara başlayıb. Azərbaycan layihəyə isti baxmasa da, artıq mövqeyini dəyişib və "Transxəzər"lə bağlı müqavilə imzalamağa hazırlaşır.
Bakı səfərindən öncə İrəvanda Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın qoşulmağa hazırlaşdığı "Transxəzər" qaz kəməri layihəsinə dair bəyanatlar verən Lavrov deyib ki, Azərbaycan, Türkmənistan və Avropa İttifaqının "Transxəzər" qaz kəmərinin çəkilməsi bütün sahilyanı ölkələrin mövqeyi nəzərə alınmaqla həll edilməlidir.
Azərbaycan və Türkmənistan isə hesab edir ki, bu layihənin həyata keçirilməsinə dair məsələ ikitərəfli münasibətlərə aiddir, onun digər sahilyanı ölkələrə aidiyyəti yoxdur. Rusiya isə "Transxəzər" layihəsini əngəlləmək məqsədilə təzyiqlərə Türkmənistandan başlayıb. Türkmənistan Xarici İşlər Nazirliyi isə ölkənin energetika sahəsində Avropa İttifaqı ilə yaxınlaşmasına Rusiyanın rəsmi strukturlarının mövqeyinin anlaşılmaz olduğunu bəyan edib.
Qəbələ RLS-lə bağlı nəticəsiz qalan danışıqlar
Ermənistanın baş nazir Tiqran Sarksiyan bəyan edib ki, Ermənistan Rusiyaya radiolokasiya stansiyası tikmək üçün öz ərazisində yer verməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla olan görüşü barədə danışan baş nazir bildirib ki, bu sırada "Metsamor" AES-in yeni blokunun tikintisi barədə müzakirələr aparıb.
Ermənistanın baş naziri qeyd edib ki, Moskva ilə siyasi müttəfiqdirlər və İrəvan atdığı bütün addımlar barədə Rusiyanı məlumatlandırır.
Siyasi ekspertlərin fikrincə, Sergey Lavrovun Azərbaycan səfəri tamamilə uğursuz olub. Çünki ətrafında müzakirələr aparılan mövzulardan bəlli oldu ki, Lavrov Bakıya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün deyil, Azərbaycandan Rusiya üçün güzəştlər istəməyə görə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



