"Metsamor"
Atom Elektrik Stansiyası - bir və ya daha çox ədəddə nüvə reaktorun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisinin çıxarıldığı təsisdir. Radioaktiv maddələr istifadə edilməsindən ötəri digər stansiyalardan fərqli və daha möhkəm təhlükəsizlik tədbirlərini, texnologiyaları içərisində saxlayır. Dünyada AES-ə sahib ölkələrin sayı 31 dir. Ölkələrin adlarına nəzər salanda görünür ki, Ermənistandan başqa bütün dövlətlər inkişaf etmiş ölkələrin siyahısına daxildir və mövcud AES-lərini dördüncü nəsil formatında inşa edir və ya rekonstruksiya edir. Lakin "Metsamor" AES kimi stansiyalar fəaliyyətini çoxdan dayandırıb. İstismar müddəti başa çatmış bu obyekt real təhlükə mənbəyidir və hər hansı bir təkanın olması çox ciddi fəsadlara gətirə, bundan region dövlətləri ziyan çəkər. Çünki, Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə İrəvan höküməti iddia edir ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur.
\"Metsamor\" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra \"Metsamor\"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq, AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər. 1995-ci ildə Avropadan və ABŞ-dan Metsamor stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Lakin indi də Avropa Birliyi bu stansiyanı köhnə və az etibarlı adlandırır. Həmçinin stansiyanın keçmiş Baş direktoru Suren Azatian deyir ki, hələ də Metsamordan radioaktiv maddələr sızmadığına əmin deyil.
Azərbaycan da narahatdır
Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Bu yaxınlarda sunami nəticəsində Fukusima Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzaya çox ciddi şəkildə yanaşılmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Seul şəhərində Nüvə Təhlükəsizliyi Sammitinin birinci plenar iclasında çıxışı zamanı söyləyib ki, Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. Belə ki, o, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu "ən köhnəlmiş və ən etibarsız" hesab etmişdir. Hesabatda Metsamor "bütöv region üçün təhlükə" adlandırılır.
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, orduya ictimai nəzarət komitəsinin üzvü Aydın Mirzəzadə deyir ki, Azərbaycan əvvəllər də kifayət qədər aktiv zonada yerləşən "Metsamor" AES-in region üçün təhlükə törətməsi barədə dəfələrlə çox ciddi iddialar qaldırıb. O bildirib ki, stansiyanın təhlükəli olmasına zərurət yaradan amillər onun aktiv seysmik zonada yerləşməsi, sovet texnologiyası ilə tikilməsi və indiki tələblərə cavab verməməsidir. Millət vəkilinin sözlərinə görə, əgər bu stansiyada hər hansı fəsad yaranarsa, o zaman böyük bir regionu təhlükə altında qoya bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə bildirib ki, dünyada öz ömrünü başa vuran 15-dək AES var. Ermənistanda yerləşən Metsamor AES də bunlardan biridir: "Buna görə də ömrü başa çatmış stansiya hər hansı təbii kataklizmlər zamanı buna müqavimət göstərə bilməyəcək. Heç kim bizi sığortalamıb ki, 9 ballıq zəlzələ olarsa, Metsamor AES-də heç bir hadisə baş verməyəcək. Ermənistan heç vaxt Metsamor AES-i bağlamayacaq və heç vaxt nüvədən əl çəkməyəcək, çünki indi nüvə ölkənin qüdrətini göstərən parametrdir. Buna görə də Ermənistan Metsamor AES-ə enerji obyekti kimi deyil, strateji obyekt kimi baxır".
İrəvan boyun qaçırır
Ermənistan "Metsamor"un bağlanması üçün öz üzərinə götürdüyü öhdəliyə də əməl etmir. Bu isə ermənilər üçün normal haldır. Mövzudan kənarlaşmayaq. Belə ki, "Metsamor" stansiyasının region üçün böyük təhlükə olduğunu dərk edən Avropa Birliyi 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-nın birdəfəlik bağlanmasını tələb edib. AB bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı. 2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi bununla təkliflər irəli sürdü. Təəssüf ki, bu stansiyanı bağlamaq əvəzinə reaktorların ömrü 13 il uzadıldı. Təkliflər sözünü deməyənədə təzyiq vasitələri irəli sürüldü. Belə ki, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) Ermənistandakı \"Metsamor\" AES-in bağlanması tələbi ilə müraciət edəcəyini bəyan etdi. Çünki, Türkiyə köhnə, istismar müddəti çoxdan başa çatmış, xüsusən onun sərhədləri yaxınlığında yerləşən AES-in istismar olunmasının əleyhinədir. Həmçinin dünyada yaşı 40-dan çox olan 26-ya yaxın atom elektrik stansiyası var və bu, bütün dünya üçün təhlükə törədir.Bəhanə isə həmişə var. Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial durumda olduğunu, ölkənin başqa enerji resursunun olmadığını bəhanə edir. Sosial və iqtisadi bumun içərisində boğulan Ermənistan AES-ni yeni formaya necə salmaq istəyir?
"Metsamor" rekonstruksiya olunacaqmı?
2003-cü ildən AES-in idarə edilməsi müvafiq kontraktla Rusiya Atom Sənayesi Nazirliyinin törəmə müəssisəsi olan "İnter RAO EES"-ə verilib. Lakin bu ayın əvvəli Ermənistan hökuməti \"Metsamor\" Atom Elektrik Stansiyasının idarə olunması ilə bağlı Rusiyanın \"İnter RAO\" şirkəti ilə bağladığı müqaviləyə xitam verib. Hələ 2011-ci ilin noyabrında məlumat verilmişdi ki, Rusiya şirkəti etibarnamə ilə idarəetmənin şərlərindən narazı olduğu üçün Ermənistan tərəfdaşları ilə danışıqlara başlayıb. Bundan sonra isə Ermənistan tərəfi \"İnter RAO\"-nun AES-lə bağlı öz öhdəliyini yerinə yetirdiyini, buna görə də rusiyalı energetiklərlə müqavilənin dayandırıla biləcəyini bəyan etmişdi. Rusiyanın Dövlət Şirkəti olan "İnter RAO AES" müqavilədən vaxtından qabaq imtina edilməsi xəbərlərini təsdiqləyib. Ancaq bildirilir ki, danışıqlar hələ başlanmayıb. Şirkətin sözçüsü N.Qorelov Azadlıq Radiosuna deyibki,: "bundan bir şey alınacaqmı, hələ demək tezdir". Rusiyanın "Rosatom" şirkətinin mətbuat katibi S.Novikov isə bildirib ki, "Əgər Ermənistan rəhbərliyi "Rosatoma" müraciət etsə, biz bu istiqamətdə işləyəcəyik".
Ermənistan isə iddia edir ki, AES-i bütün gücü ilə idarə edə biləcək. Bəs necə? Çünki, iqtisadi durumu ancaq hakim dairələri dolandırmağa yetən dövlətin Rusiyaya olan ümidləri puç oldu. AES-in rekonstrukisya məsələsi isə mifə döndü. Bu zəmində potensial təhlükənin artım tempi getdikcə yüksəlir. Həmçinin 2010-cu ildə Avropa Birliyinin AES-in fəaliyyətini dayandırmaq məqsədi ilə ayırdığı məbləğ Ermənistan iqtidarı tərəfindən məqsədəmüvafiq xərclənməyib, bu isə öz növbəsində qalmaqalla nəticələnib. Avropa Birliyi maliyyələşmədən imtina edib Eyni zamanda mövzu zəminində Metsamor AES-in radioaktiv tullantılarının harada zərərsizləşdirilməsi mövzusu meydana çıxır.
Zərərli maddələr harada basdırılır?
Burada müxtəlif iddialar mövcuddur:
1-ci Metsamor AES-in radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərdə basdırılır
2-ci Rusiyanın Krasnodar şəhərində basdırılaraq zərərsizləşdirilir
Hətta bu barədə Rusiya ilə Ermənistanla xüsusi məxfi müqavilə də mövcuddur. Bu barədə məlumat yazan erməni mətbuatı bildirib ki, hər gün Metsamordan iki istiqamətdə - Gürcüstan dəmir yolları vasitəsilə Rusiyaya və Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərə radioaktiv tullantılar daşınır. Erməni KİV-ləri onu da bildirir ki, AES-nın radioaktiv tullantıları həmçinin qanunsuz olaraq Araza buraxılır, Araz isə Xəzərə daxil olur.
Ermənistan tərəfi rəsmi şəkildə tullatıların harada basdırılması ilə bağlı məlumatları təkzib edir. Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan yerli İctimai Televiziyaya müsahibədə AES-nın illik 30 ton radioaktiv tullantı istehsal etdiyini, lakin bu tullantıların nə işğal olunmuş ərazilərdə, nə də başqa ölkələrdə zərərsizləşdirildiyini deyib. Bütün hallarda dünyada nüvə və yeniləşən energetikanın faizi çox yüksək olan Almaniya kimi ölkə də AES-ləri bağlamaq fikrindədir. Ermənistan isə başqa niyyətlər güdür. Ermənistan burada daha çox siyasi dividentlər əldə etmək niyyətidnədir. Şəxsi maraqları naminə öz millətini və region dövlətlərini ciddi təhlükə altına qoyan İrəvan hakimiyyəti mövcud fəsadların qarşısını almasa özünü dünyada Ermənistan yox Cənubi Qafqazın Çernobulu kimi tanıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB