İsrailin İrana hücum planının ilkin variantları məlum olub - ARAŞDIRMA
İsrailin F-15 və F-16 qırıcı təyyarələri ilə 1981-ci ildə İraqın "Osirak" nüvə reaktoruna hücumu artıq keçmişdə qalıb. Çünki, İran faktoru özündə qəfil hücumu özündə ehtiva edir. Bu İsrailin Tehranla ABŞ-ın və yaxud ABŞ-ın köməyi olmadan başalayaca müharibənin ilkin pilləsində yer alır. Çünki, İranın nüvə reaktorları bir yerdə yox səpələnmiş formada yerləşir. Bura uranın zənginləşdirilməsi ilə məşğul olan Natanza və Qum zavodları, nüvə reaktorları yerləşən Arak və AES-in məkanı İsfahanda daxildir.
Gözlənilməz hücum
İsrailin İrana hücumu daha çox havadan gözlənilir. Hava hücumunun həyata keçirilməsinin əsas şərti qarşı tərəf üçün hücumun gözlənilməz olmasıdır. Lakin İraq və Suriyaya hücumlardan fərqli olaraq İrana hücum İsrail üçün heç də asan başa gələ bilməz. Burada ilk növbədə İranın İsraildən uzaq məsafədə yerləşməsi amili və İran ərazisində hədəfin 1 yox, xeyli sayda olmasıdır. İsrail təyyarələri İrandakı hədəflərə çatmaq üçün 1500 km-dən 1800 km-dək məsafəni qət etməlidir. Həmçinin İsrail istəyir ki, təyyarələri İrandakı hədəfləri bombalayandan sonra geri dönə bilsin. Bu isə bir başa onu göstəriri ki, İsrail təyyarələri yanacaq baklarını əlavə olaraq havada doldurmalı olacaqlar. Bunu üçün isə İsrailin 10 irihəcmli yanacaqdaşıyan \"Boeing-707\" təyyarəsi var.
İkinci aspekt daha ciddi nüanslarla diqqət çəkir. Söhbət müharibənin başlanmasından gedir. İsrailin Milli Təhlükəsizlik üzrə araşdırlamaları mərkəzinin rəhbəri Benet Berti hesab edir ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum etsə mövcud vəziyyət gərginləşəcək və yalnız uranın zənginləşdirilməsi prossesi ləngiyəcək. "Odur ki, beynəlxalq birlik İran hakimiyyətini fikrindən daşındırmalıdır. Əgır buda mümükün deyilsə ittifaq şəklində İrana hücum planı hazırlanıb masa üzərinə qoyulmalıdır".
Ekspert hesab edir ki, öncə uranın zənginləşdirilməsi obyektləri vurula bilər: "Məsələn Natanzdakı obyekt, yaxud da Fordu obyekti. Digər ehtimal olunan hədəf Arak ağır su istehsalı zavodudur. İsrailin bütün bu hədəfləri vurmağa qadir olub-olmaması aydın deyil, lakin bu məsələ digər məqama diqqəti çəkir. Belə ki, İranın bir sıra nüvə obyektləri, o cümlədən, Natanz və Fordudakı obyektlər yeraltı obyekt kimi, yəni möhkəmləndirilmiş obyektlər kimi qurulublar".
Üçüncü aspekt - İsrail bunu öhdəsindən tək başına gəlməlidir. Buda real görsənmir. Çünki, nüvə obyektlərinin coğrafi cəhətdən uzaqlığı və çoxunun yerin altında olmağını nəzərə alsaq hücum o qədər effektli alınmaz. Çünki, İsrailin qırıcı təyyarələri daha çox müdafiə xarakterlidir və uzun məsafələr üçün nəzərdə tutulumayıb. Bəs İsrail İranın yeraltı nüvə obyektlərini məhv edə biləcəkmi? İsrail bu məsələnin öhdəsindən gəlmək üçün həmin obyektlərin quruluşu və xüsusiyyətləri barədə kəşfiyyat məlumatlarına malik olmalıdır. Burada ona ABŞ köməklik göstərə bilər. Çünki, yeraltı obyektlərin vurulmasında ABŞ böyük təcrübəyə malikdir. Bu cür obyektlərə əleyhinə ABŞ GBU-28 bombalarından istifadə edir. Həmin bombaların çəkisi 2,3 tondur. ABŞ bu bombalarla İsraili təchiz edir. Belə ki, bu bombalar ilk dəfə ABŞ tərəfindən 1991 ildə istifadə edilmişdi. Bu bombaların daha çox effekt verməsi üçün, onlar yaxın məsafədən və böyük sürətlə atılmalıdır. Bu isə o deməkdir ki, İsrail təyyarələri İranın nüvə obyektlərini böyük hündürlükdən və vertikal istiqamətdə bombalamalıdırlar. İş orasındaır ki, burada problem ortaya çıxır. İsrailin F-15 tipli təyyarəsi göyərtəsində yalnız 1 belə bomba daşımağa qadirdir. Lakin bir bomba ilə İranın yeraltı obyektinin məhv ediləcəyi ehtimalı elə də böyük deyil. İran obyektlərinin havadan məhv edilməsi üçün İsrail eyni hədəfə təkrar, bəlkə də çoxsaylı zərbələr endirməlidir ki, buna da İsrailin imkanı çatmır.
Uzaq məsafələr üçün nəzərdə tutulmuş \"Heron\" və \"Etan\" pilotsuz təyyarələri istehsal olunur. Həmin təyyarələrdən İran obyektləri barədə məlumat toplamaq və İranın hava əleyhinə müdafiə sistemlərini yoxlamaq yaxud da aldatmaq məqsədi üçün istifadə edilə bilər. Lakin bu cür hərəkət yalnız müəyyən bir əməliyyatın tərkib hissəsi kimi rasional sayıla bilər
Mümkün variantlar
İsrail rəhbərliyi bu əməliyyatları ABŞ-a xəbər vermədən qəfil başlamağa hazırlaşır. Xəbərlərə görə, eyni vaxtda 100-dən çox təyyarə İranın əsas nüvə mərkəzlərinə güclü hava zərbələri endirməyi planlaşdırır. İsrail hərbi-hava qüvvələrinin son onillik ərzindəki inkişafı məhz İrana qarşı mümkün hava zərbəsinin endirilməsi hesabı ilə həyata keçirilib. Belə ki, İsrail 125 F-15 və F-16 hərbi təyyarələri alıb. Həmin təyyarələr İsrail elektronikası və uzaq məsafələr üçün kifayət edə biləcək yanacaq bakları ilə təchiz olunub.
İranın hava hücumundan müdafiə sistemi əsasən Rusiya istehsalı silahlardan ibarətdir. İranda hələ şah dövründən qalmış müəyyən miqdarda ABŞ istehsalı olan Hawk raketləri də var. İranın hava hücumundan müdafiəsinin əsasını Rusiya istehsalı olan SA-5 tipli raketləri təşkil edir. Həmin raketlər yüksək hündürlükdə uçan obyektləri vura bilir. Rusiya İrana eləcə də nisbətən alçaq hündürlükdə uçan obyektlər əleyhinə Tor-M1/SA-15 sistemlərini verib. Lakin Moskva İrana müasir S-300 raketlərini verməkdən imtina edir. İranın \"Yer-Hava\" tipli raketləri köhnəlmiş olsa da hər halda təhlükəli silah olmaqda qalır. Beləliklə, ehtimal edilən hücum zamanı İsrail təkcə İranı bombalamaq haqda yox, eləcədə İranın cavab zərbəsindən necə qurtulmaq haqqında da düşünməlidir. İsrailin hücum zamanı sualtı qayıqlarından da istifadə edəcəyi istisna edilmir. Lakin ekspertlər hesab edir ki, əməliyyata sualtı qayıqların da qoşulması, ümumilikdə hərbi əməliyyatın keçirilməsini və əlaqələndirilməsini mürəkkəbləşdirə də bilər. Ekspertlərin əksəriyyəti bu qənaətdədir ki, hətta İsrail İrana planlaşdırdığı kimi zərbələr endirsə də belə, bu zərbə İranın nüvə proqramına ciddi zərər gətirməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB