Tarixi zirvə görüşündən sonra Kremldən yeni açıqlama

Kreml Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə bağlı açıqlama yayıb. Reuters agentliyinin xəbərinə görə, rəsmi Moskva, “YPG/PKK geri çəkilməzsə Türkiyə ordusu tərəfindən darmadağın ediləcək” deyib.

Kremlin sözcüsü Dmitriy Peskov bildirib ki, YPG/PKK terror təşkilatı Türkiyə sərhədindən geri çəkilmədiyi təqdirdə Suriyanın sərhəd təhlükəsizliyini qoruyan və Rusiyanın bölgədəki təhlükəsizlik qüvvələri buradan çıxmaq məcburiyyətində qalacaqlar. Rusiya ilə Türkiyə arasında əldə olunan razılığa əsasən Türkiyə ordusu onların üzərindən keçəcək.

Dmitriy Peskov həmçinin qeyd edib ki, ABŞ Suriyadakı kürdlərə Türkiyə sərhədinə yaxın ərazilərdə qalması və türklərlə savaşması üçün cəsarət verir.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...