Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ay Soçiyə səfər etməyi planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır.

SİA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Türkiyə administrasiyanın açıqlamasında bildirilib.

Səfər barədə bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı ilə telefonda danışığı zamanı razılıq əldə edilmişdi.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında liderlər Suriyadakı vəziyyəti və Türkiyə hərbi qüvvələrinin “Barış bulağı” hərəkətini müzakirə ediblər. Danışıqlar əsnasında Putin Ərdoğanı Rusiyaya səfərə dəvət edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı Suriyadakı vəziyyətin müzakirə olunacağını bildirmişdi.

Həmçinin çərşənbə günü Suriya prezidentinin siyasi məsələlər üzrə müşaviri Buseyn Şaaban Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar barədə Soçidə Türkiyə-Suriya danışıqlarının aparıla biləcəyini söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə