İraqda baş vermiş partlayış nəticəsində 13 nəfər yaralanıb

Bağdadın cənub rayonlarının birində baş vermiş partlayış nəticəsində azı 13 nəfər xəsarət alıb.

SİA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bütün yaralıların xəsarətləri yüngül dərəcəlidir.