Kanadalı keçmiş diplomat Çində saxlanılıb

Kanadanın keçmiş diplomatı, Beynəlxalq Böhran Qrupunun Şimal-Şərqi Asiya üzrə baş məsləhətçisi Maykl Kovriq Çində saxlanılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Honkonqda çıxan “South China Morning Star” qəzeti Beynəlxalq Böhran Qrupuna istinadla məlumat yayıb.

Qrupun yaydığı bəyanatda deyilir ki, hazırda Maykl Kovriqin yerinin müəyyən edilməsi və onun qısa zamanda azad olunması istiqamətində bütün mümkün addımlar atılır. Hələlik Maykl Kovriqin saxlanılmasının səbəbləri bilinmir.

Qeyd edək ki, Beynəlxalq Böhran Qrupunun baş məsləhətçisinin saxlanılması Çinin “Huawei” şirkətinin maliyyə direktoru xanım Men Vanconun Kanadada saxlanılmasından sonra iki ölkə arasında yaranmış gərgin dövrə təsadüf edir. Çin tərəfi Men Vanconun saxlanılması ilə əlaqədar rəsmi səviyyədə Kanadaya etirazını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə