Ermənistan parlamenti katolikosun mühafizəsi haqqında qanun layihəsini qəbul etməyib

Ermənistan parlamenti ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılması haqqında qanun layihəsini qəbul edə bilməyib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sənədi keçmiş hakim Ermənistan Respublikaçılar Partiyası təqdim edib.

Qanun layihəsi parlamentdə qızğın mübahisələrə səbəb olub. Partiyanın sədr müavini Eduard Şarmazanov və bir neçə deputat iclas zalını tərk edib. Sənədin qəbul olunmamasında onlar Nikol Paşinyanın “Çıxış” fraksiyası və tərəfdarlarını qınayıblar.

“Çıxış” fraksiyasından bildiriblər ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir: “Bu barədə özü düşünməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...