BMT Baş katibinin Suriya üzrə xüsusi təmsilçisi istefa verəcək

BMT Baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Stafan de Mistura noyabrın sonunda şəxsi səbəblərdən vəzifəsindən istefa verəcəyini açıqlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı məlumat verib.

“Xüsusi təmsilçi vəzifəsində 4 il 4 ay işləmişəm. Sırf şəxsi səbəblərdən istefa vermək istədiyimi Baş katiblə bir müddətdir müzakirə edirdik”, - diplomat bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə