"Türkiyənin Almaniyanın iqtisadi yardımına ehtiyacı yoxdur"

"Türkiyənin hazırda Almaniyanın iqtisadi yardımına ehtiyacı yoxdur". Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın baş kansleri Angela Merkel Sosial Demokrat Partiyasının lideri Andrea Nahlesin təklifinə münasibət bildirərkən qeyd edib.

SDP sədri bildirib ki, Almaniya hökuməti iqtisadi sıxıntılar keçiirən Türkiyəyə iqtisadi yardım etməlidir.

Buna cavab olaraq A.Merkel dünən jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyənin hazırda Almaniyanın iqtisadi yardımına ehtiyacı yoxdur. Daha öncə Merkel Ərdoğanla telefon danışığında Türkiyəyə ölkəsinin dəstəyini bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə