Cavad Zərif: "Mən Mayk Pompeo ilə görüşməyəcəyəm"

Biz mövqeyimizi çox açıq şəkildə bəlli edirik. ABŞ rəsmiləri səmimi davranmırlar. Sanksiyalar məsələsində qərarlı olmaqları müzakirələrin keçirilməsinin qarşısını alır.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. "Mən Mayk Pompeo ilə görüşməyəcəyəm. Bundan başqa, Omanın İranla ABŞ arasında vasitəçilik etməsi haqqında yayılmış xəbərlər həqiqəti əks etdirmir", - Zərif bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə