Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək

Türkiyə Gürcüstandakı Marneuli hərbi aerodromunun modernləşdirilməsində iştirak edəcək. APA-nın yerli bürosunun məlumatına əsasən, bu məqsədlə Türkiyə hökuməti Gürcüstana 5,5 mln. türk lirəsi (1,3 mln. dollar) ayırıb. Vəsaitin bir hissəsi aerodromun yenilənməsi, digər hissəsi və əvvəlki illərdə istifadə olunmamış 3,88 mln. dolları isə hərbi mühəndis məktəbinin yaradılmasına yönəldiləcək. Türkiyə həmçinin Marneuli aerodromunu müdafiə avadanlıqları ilə də təmin edəcək.

Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstan tərəfi Rusiyanın Marneuli aerodromunu bombalaması barədə məlumatlar yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə