Professor Karasik: "Ərdoğan hər şeyi dəqiq hesablayan canavardır"

ABŞ-ın Vaşinqton Qulf Analitik Mərkəzinin professoru doktor Teodor Karasik dünya siyasətində baş verən son gərginliklə bağlı Axar.az-ın suallarını cavablandırıb.

– ABŞ, Fransa və Britaniyanın Suriyaya endirdiyi son hava zərbəsini necə dəyərləndirirsiniz?

– Əsədin kimyəvi silahdan – xlor və sarin qazından istifadə etməsinə cavab olaraq qarşılaşdığı üçtərəfli hava hücumu gələcəkdə baş verəcək hadisələr üçün olduqca güclü, potensial bir siqnal oldu. Əminliklə deyə bilərəm ki, bu cəza əməliyyatı hələ bitməyib.

Yerdəki dəyişkən vəziyyət – İŞİD-in məğlubiyyəti belə müəyyən səhv addımlara gətirib çıxara bilər. Əlbəttə, kimyəvi və zəhərli silahların istifadəsinə son qoyulmasa, bu, Suriyaya daha çox hava zərbələri və dəhşət gətirəcək.

– Rusiya Federasiyası tətbiq olunan son sanksiyalar, ötəngünki hava zərbələrindən sonra köşəyə sıxışdırılmış kimi görünür. Bu haqda nə düşünürsüz?

– Rusiya Federasiyası üçün konfliktli və ritorik yol hələ qabaqdadır. Çünki raketlər və hava müdafiə sistemləri arasındakı texnoloji uyğunlaşmanın əldə olunması Suriyada vətəndaş müharibəsi kimi hələ də qeyri-mümkündür.

– Bir neçə gün öncə Həsən Ruhani və Vladimir Putinlə birgə görüş keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya zərbəni “düzgün addım” kimi qiymətləndirdi. Ərdoğanın bu açıqlamasında hər hansı paradoks varmı?

– Ərdoğan hər şeyi olduqca diqqətlə hesablayan bir canavardır. Dərhal əlavə edim ki, canavarı (qurd) türklər kimi müsbət anlamda deyirəm. Bütün baş verənlərin fonunda Türkiyənin mövqeyi sadədir – Trampa üz tutaraq Türkiyə özü üçün Qərbə yaxın olan bir qapı açır. İranla bağlı isə sadəcə onu deyə bilərəm ki, İran dövləti İsrailin hədəf taxtasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...