İranlı hakerlər ABŞ hökumətinin serverlərini qırıblar

İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar. Report xəbər verir ki, bunu Nyu York ştatının Cənub dairəsinin prokuroru Ceffri Berman deyib. "Əmək Nazirliyi, BMT və Energetikanın tənzimlənməsi üzrə federal komissiya onların qurbanı olub", - deyə Berman bildirib.

Həmçinin bildirilir ki, hakerlər hökumətin məxfi məlumatlarını, ticarət və hərbi texnologiyalar sahəsində qapalı informasiyaları oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə