Texasda beş partlayışı törədən şəxs bu dəfə özünü partladıb

Xəbər verdiyimiz kimi, Texas ştatının Ostin şəhərində və onun ətrafında iki nəfərin ölümü və dörd nəfərin yaralanması ilə nəticələnən beş partlayış baş vermişdi. Yerli polisin və federal agentlərin təqib etdiyi şübhəli şəxs martın 21-i səhər saatlarında tapılıb.

Polislə üzləşən cani başqa bir bombanı partladaraq özünü öldürüb. Bu haqda Texas ştatının polisi xəbər verib. Verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hələ caninin şəxsiyyətini müəyyənləşdirməyiblər.

Xatırladaq ki, bu il martın əvvəlindən başlayaraq törədilmiş beş partlayış nəticəsində iki nəfər ölüb və dörd nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...