İŞİDBağdad-Kərkük yolunda pusqu qurdu 10 ölü

İŞİD terror qruplaşmasının Bağdad-Kərkük yolunda qurduğu pusqu nəticəsində azı 10 nəfər öldürülüb. “Al Sumaria” telekanalının yaydığı məlumata görə, terrorçular Bağdad-Kərkük yolunda saxta nəzarət buraxılış məntəqəsi quraraq 10 dinc sakini qətlə yetiriblər. Hazırda güc strukturları hadisənin baş verdiyi ərazini mühasirəyə alıb və hücumu həyata keçirən silahlıları axtarır.

İraqın şimalında yerləşən Kərkük vilayətinin qubernatoru Rakan əl-Cəburi hələ fevral ayında bu regionda İŞİD qruplaşmasının “yatmış” yuvalarının əhali üçün ciddi təhlükə yaratdığını demişdi.

Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadı 2017-ci ilin dekabrında İŞİD-ə qarşı müharibənin uğurla başa çatdığını bildirsə də, sonradan qruplaşmanın tör-töküntülərinə qarşı mübarizənin vacibliyini qeyd etmişdi.

Bir müddət əvvəl hökumətə loyal könüllülər Kərkükdə İŞİD-in terror yuvalarına qarşı federal polis qüvvələri ilə birgə əməliyyatlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...