‪Kabildə silahlılar otelə hücum edib: 35 nəfər ölüb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə silahlılar Intercontinental Hotel mehmanxanasına hücum ediblər. Yerli 1TV telekanalının yaydığı məlumata görə, hücum nəticəsində 35 nəfər ölüb və yaralanıb. Həlak olanların və zərər çəkənlərin dəqiq sayı məlum deyil. Müxtəlif məlumatlara əsasən, hücum üç və ya dörd terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

Əfqanıstan Daxili işlər Nazirliyinin nümayəndəsi Tolo telekanalına bildirib ki, hücum edənlərdən biri öldürülüb. Hazırda otel binasında azı üç terrorçu var. İkinci mərtəbədə yanğın başlayıb. Hadisə yerinə gələn güc strukturları ilə silahlılar arasında atışma davam edir. Otelin yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə