İstanbulda 42 əcnəbi İŞİD-çi saxlanılıb

İstanbul polisi tərəfindən növbəti antiterror əməliyyatı keçirilib. Trend-in məlumatına görə, əməliyyat İstanbulun 7 rayonunda həyata keçirilib. Əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 42 əcnəbi saxlanılıb.

Saxlananların hərbi əməliyyatlarda iştirak etdiyi ehtimal edilir. Həmin şəxslərin vətəndaşlıqları açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə