Ərdoğan elan etdi: "Qüdsdə səfirliyimizi açacağıq"

"İnşallah, yaxın günlərdə Şərqi Qüdsdə səfirliyimizi açacağıq." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Karamanda çıxışı zamanı deyib.

“CHP lideri Kamal Kılıçdaroğlu deyir ki, Şərqi Qüds Fələstinin paytaxtı elan edilməlidir. Biz çoxdan elan etmişik. Lakin hazırda Qüds işğal altında olduğu üçün orada səfirliyimizi aça bilmirik. Şərqi Qüdsdə konsulluğumuz var. O günlər yaxındır. Allahın izni ilə səfirliyimiz də orada fəaliyyət göstərəcək”, - Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə