Saakaşvili: "Ukrayna oliqarxların əlində əsirdir"

Mixail Saakaşvili prezidentin istefa verəcəyi halda hakimiyyətlə danışıqlara hazı olduğunu bildirib. Axar.az xəbər verir ki, siyasətçi bu barədə Maydanda keçirilən “İmpiçment Yürüşü” zamanı danışıb.

“Bu günlər ərzində biz göstərdik ki, ukraynalılar artıq səbir etməyəcək. Mən onların hesablarının dondurulmasına və FTB tərəfindən tutulmalarına nail olacam. Biz danışıqlara hazırıq, ancaq bir halda – istefa. Poroşenkoya pulları necə qaytaracağını, korrupsiyanı dayandıracağını və çıxıb gedəcəyini müzakirə edəcəyimiz görüş təklif edirəm".

Saakaşvili həmçinin Ukraynanın oliqarxların əlində əsir olduğunu açıqlayıb: “Bizim məqsədimiz oliqarxiyanın süqutudur. İnqilabımız oliqarxiyanın əleyhinədir. Əhmədov Ukraynanın düşmənidir. Mən onu bir dəfə futbol qarşılaşması zamanı görmüşəm. Soyuqqanlı qatil gözlərinə sahibdir. Bu adam 90-cı illərdə Donbasda çoxlu insan öldürüb. İndi isə tariflər və ekologiya vasitəsilə hər kəsi öldürür”.

Bütün xəbərlər Facebook səhifəmizdə