"Son sutka ərzində Aralıq dənizində 1000-dən çox miqrant xilas olunub"

Son sutka ərzində Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 1000-dən çox miqrant xilas olunub. Bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Əməliyyatda İtaliyanın sahil mühafizə xidmətinin, İtaliya Hərbi-Dəniz Qüvvələrinin, Avropa İttifaqının “EunavforMed” missiyasının gəmiləri iştirak edib. Xilas olunanların milliyyəti barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə