İranda ümummilli matəm günü elan edilib

İranda Prezident Həsən Ruhaninin rəhbərliyi ilə nazirlərin toplantısı keçirilib. Toplantıda noyabrın 13-də baş vermiş zəlzələnin ağır nəticələrinin aradan qaldırılması məsələsi müzakirə edilib.

İclasda noyabrın 14-də İranda ümummilli matəm gününün elan edilməsi qərara alınıb.

Prezident təbii fəlakət zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə