Sergey Lavrovla Reks Tillerson İranın nüvə proqramını müzakirə ediblər

XİN rəhbəri Sergey Lavrov ABŞ Dövlət katibi Reks Tillersonla İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya XİN məlumat yayıb.

"2015-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi İranın nüvə proqramı ilə bağlı "Əhatəli Birgə Fəaliyyət Planı" ətrafındakı vəziyyət müzakirə olunub. Larov Tehranın plan çərçivəsində bütün öhdəliklərə sadiq qaldığını bildirib və həmin sənədə digər tərəflərin də tabe olmasının lazım olduğunu vurğulayıb", - deyə Rusiya XİN-in məlumatında bildirilib.

loading...