Türkiyədə PKK-nın gizli tuneli aşkarlanıb

Türkiyənin Nusaybin mahalında PKK terror qruplaşmasının Suriyadan silah-sursat nəql etmək üçün qazdığı tunel aşkar edilib. Axar.az xəbər verir ki, həmin tunelin 40 metr uzunluğunda olduğu və Suriyanın Qamışlı mahalına kimi uzandığı bildirilib. Güman edilir ki, terrorçular ABŞ tərəfindən YPG-yə verilən silahları bu tunel vasitəsilə Türkiyə ərazisinə keçirmək istəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə